8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Milli Dəyərlər üzrə Maarifləndirmə” Gülşən Behbud İctimai Birliyi tərəfindən xüsusi tədbir təşkil olunub. Tədbirdə müxtəlif qurumların nümayəndələri, ictimai fəallar və ziyalılar iştirak ediblər.
Tədbirdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova da çıxış edib.
Sonda fəal qadınlara təşəkkürnamələr təqdim edilib və onlara bayram hədiyyələri verilib.
Bu kimi tədbirlərin keçirilməsi qadınların cəmiyyətdəki mövqeyinin güclənməsinə və onların fəaliyyətinin təşviqinə töhfə verir. Göstərilən diqqət üçün Gulsen Behbud minnətdarlığımızı bildiririk.

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir