Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq Binə qəsəbəsində yaşayan, əslən Lerik rayonundan olan və 44 günlük Vətən müharibəsində çiyin-çiyinə döyüşərək eyni gündə şəhidlik zirvəsinə ucalan qəhrəman qardaşlarımız İman və Bəhrəm Məmmədzadələrin ildönümü mərasimində iştirak etdik.
Bu ailə təkcə Vətən müharibəsinin deyil, bütövlükdə Azərbaycan xalqının igidlik və qardaşlıq simvoludur. Onların göstərdiyi şücaət, torpaqlarımızın azadlığı uğrunda canlarından keçməsi hər birimiz üçün qürur mənbəyidir.
Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə vurğulayıblar ki, şəhid ailələrinə və qazilərimizə diqqət və qayğı göstərmək hər birimizin mənəvi və vətəndaş borcudur.
Biz də bu amal ilə onların ailələrinin yanında olmaqdan, xatirələrini yaşatmaqdan qürur duyuruq.
Tədbirdə həmçinin şəhidimiz Seyidov Əlinin anası və Həmidli Cavanşirin bacısı da iştirak edirdilər. Şəhid ailələrinin bir-birinə olan mənəvi dəstəyi və birliyi Vətən sevgisinin, həmrəyliyin ən ali nümunəsidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısında baş əyirik!

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir