Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova və Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədrı Gülşən Behbud, həmçinin hər iki təşkilatın üzvləri Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər.Onlar ölkəmizin müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin inkişafında və milli dəyərlərin qorunub yaşadılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anıblar.Ziyarət zamanı Ulu Öndərin məzarı önünə gül dəstələri qoyularaq, onun ideyalarına sədaqət və Azərbaycana xidmət missiyasını davam etdirmək əzmi bir daha ifadə olunub.
Ulu Öndərin yolu Azərbaycanımızın inkişaf yolu, birliyimizin və gücümüzün rəmzidir.

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir