Regional Hüquqi və İqtisadi Maarifləndir İctimai Birliyinin sədri Arzu Bağırova 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə Masallı rayonunda keçirilən tədbirdə uşaqlara 500 kitab hədiyyə edib və onları daha çox mütaliə etməyə çağırıb.
Masallı rayon İcra Hakimiyyəti Masallı rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 24 aprel tarixində Masallı şəhərinin mərkəzində yerləşən Heydər Əliyev parkında 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə rayon ümumi təhsil müəssisələrinin iştirakı ilə “Oxu Günü” tədbiri keçirildi. Tədbirdə həmçinin Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Masallı Rayon Təhsil şöbəsinin müdir müavini S. İslamov və digər yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları, rayon ziyalıları, ağsaqqallar, QHT nümayəndələri, təhsil, mədəniyyət və rayon ictimaiyyətinin digər nümayəndələri və Regional Hüquqi və İqtisadi Maarifləndir İctimai Birliyinin sədri Arzu Bağırova da iştirak etmişdir.
Tədbirdə iştirak edən Arzu Bağırova məktəblilərə 500-ə qədər tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi əks etdirən kitablar hədiyyə etmişdir.