Masallı rayonunun Türkoba kəndində həmin kənddə yerləşən Pem Akademiya təhsil mərkəzinin rəhbəri Ogayatzadə Peyman müəllimin təşəbbüsü ilə “Martin” kitab dünyası yaradılıb. 

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova həmin kitabxanaya öz töhvəsini verərək xeyli kitab hədiyyə edib. 

Arzu Bağırova Peyman müəllimlə görüşündə bilik mənbəyi olan kitabların cəmiyyətin tərəqqisinə, insanın mənəvi aləminə müsbət təsirindən danışıb, kitabxananın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə öz minnətdarlığını bildirib. Qeyd edib ki, kitabxana ərazidə yaşayan əhalinin maarifləndirilməsində mühüm rol oynayacaq. 

Qeyd edək ki, bu işdə böyük əməyi keçən Bədəlan kəndindən olan  BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin  2-ci kurs tələbəsi İlqarə Şahbazzadə – yə sonsuz minnətdarlığımızı bildiririk.

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir