25 noyabr – Qadınlara Yönəldilən Şiddətə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş həftə çərçivəsində Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova MTV kanalında yayımlanan “Sənin Seçimin” proqramında iştirak edib.
Proqramın aparıcısı psixoloq Ülviyyə Murtuzovanın təqdimatında qadınlara qarşı şiddət, onun psixoloji, hüquqi və sosial təsirləri, habelə bu cür halların qarşısını almaq üçün maarifləndirmənin əhəmiyyəti müzakirə olunub. Arzu Bağırova qadın hüquqlarının müdafiəsində hüquqi maarifləndirmənin rolu və bu sahədə birliyin həyata keçirdiyi layihələr barədə məlumat verib. Bu cür proqramlar cəmiyyətin maarifləndirilməsi və qadınların hüquqlarının qorunmasında mühüm əhəmiyyət kəsb edir.