
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq milli və beynəlxalq səviyyədə maarifləndirmə, mədəniyyətin inkişafı və dəyərli ədəbiyyat nümunələrinin oxuculara çatdırılması istiqamətində əhəmiyyətli layihələr həyata keçiririk. Bu dəfə isə ədəbiyyat sevərlərə çox dəyərli bir töhfə təqdim etdik: Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliyinin üzvü Giya Paçxataşvilinin “Doğum Şəhadətnaməsi” adlı kitabının çapına dəstək olduq.
Biz, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq, belə qiymətli bir əsərin Azərbaycan oxucularına çatdırılmasından böyük qürur duyuruq. Müxtəlif xalqların ədəbiyyatlarının təbliği bizim əsas məqsədlərimizdən biridir. İnanırıq ki, Giya Paçxataşvilinin “Doğum Şəhadətnaməsi” kitabı geniş oxucu kütləsinin rəğbətini qazanacaq və ədəbiyyat dünyasında yeni körpülərin qurulmasına töhfə verəcəkdir.
Bu nəşr, həm də birliyin, mədəniyyətin inkişafına dəstək vermək üçün həyata keçirdiyi uğurlu addımlardan biridir. Gələcəkdə də bu cür dəyərli əsərləri çap etmək, oxucularla görüşdürmək və maarifləndirici fəaliyyətlərimizi genişləndirmək niyyətindəyik. “Doğum Şəhadətnaməsi” kitabının hər bir oxucu üçün ilham qaynağı olacağına və ürəklərdə dərin iz buraxacağına inanırıq.