Bakıda Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley törəni keçirilir.
Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının I Bakı forumu” layihəsi çərçivəsində təşkil olunan, mədəniyyət və incəsənət nümayəndələrinin, şair və yazıçıların, müxtəlif ölkələrdən olan qonaqların və ziyalıların toplaşdığı mərasimi birliyinin başqanı, şair İntiqam Yaşar açaraq deyib ki, ötən illərdə bu təşkilat yaradıcı gəncləri bir araya toplayıb, onların ədəbiyyat nümunələrinin tanıdılması üçün məqsədyönlü işlər görüb. Həmin missiya davamlı şəkildə bugünədək uğurla həyata keçirilir.
Regional Hüquqi və Iqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq Türk dünyasından gələn qonaqlarımıza , qurumun məsləhət şurasının başqanı, şair Əkbər Qoşalıya və təşkilat sədri İntiqam Yaşara Arzu Bağırova Rhim Ib adından xatirə hədiyyəsi təqdim edib.
Müxtəlif türk ölkələrindən gələn şairlər poetik nümunələr səsləndiriblər.