COP 29 çərçivəsində Birgə və Sağlam İctimai Birliyi təşəbbüsü ilə təsis edilmiş ilk inklüziv kafe olan Kaşalatada çalışan autizmli uşaqların gözəl proqramla çıxış etməsi inklüziv cəmiyyət quruculuğunun parlaq nümunəsidir. Ölkəmiz üçün əhəmiyyətli olan dünya səviyyəli bu mötəbər tədbir, həm beynəlxalq diqqəti Azərbaycana cəlb etmək, həm də qlobal problemlərin həllində ölkəmizin aktiv rolunu nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə Regional Hüquqi və Iqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova da iştirak edib.