Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırovanın 45 illik yubileyi münasibətilə bizi sevindirən və qürurlandıran daha bir dəyərli diqqət Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, söz və fikir adamı İntiqam Yaşarın şəxsən təbrikə gəlməsi oldu.
Bu ziyarət yalnız bir təbrik deyil, eyni zamanda türk dünyasının ortaq mənəvi dəyərlərinə, ədəbiyyata, düşüncəyə və ictimai həmrəyliyə verilən yüksək önəmin bariz nümunəsidir.
Bu səmimi münasibətə, dəyərli təbrikə və mənəvi dəstəyə görə İntiqam Yaşara dərin təşəkkürümüzü bildirir, fəaliyyətində davamlı uğurlar arzulayırıq.

