Qardaş Türkiyəyə səfərimiz çərçivəsində Ankaradan sonra Kırşehirde görüşlərimiz davam edir. Kırşehir Valisi Kırşehir Valiliği Sayın Hüdayar Mete Buhara Rhim Ib sədri Arzu Bagirova -nı və Azərbaycandan gələn şəhid ailələrini qəbul etdi. Çox səmimi keçən görüşdə Sayın Hüdayar bəy şəhid ailələrimizə xüsusi diqqət göstərdi. Cənab Prezident Ilham Aliyev – in və T.C. Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan -ın bütün dünyaya sərgilədiyi birlik, bərabərliyindən söz açan Sayın Vali bu qardaşlığın sarsılmaz və əbədi olduğunu qeyd etdi.