Ötən gün Masallı rayonunun Lürən kəndində 50 ilə yaxın pedaqoji fəaliyyəti ilə tanınan Möhübbət Nurullayevin anadan olmasının 85 illik yubileyi və “Ziyalılığın təcəssümü” adlı kitabın təqdimat mərasimi keçirilib. Sözügedən tədbirdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri, Gözəl Yaşam Mərkəzinin təsisçisi Arzu Bagirova da iştirak edib.