
Özbəkistanın “İbrat Farzandları” qeyri-hökumət təşkilatının Beynəlxalq Münasibətlər bölümünün müdiri Mahfuza Artikova təşkilatımızın qonağı oldu. Görüş zamanı iki qardaş ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.
Səmimi və məhsuldar keçən görüş çərçivəsində, 🇺🇿Özbəkistan və
🇦🇿Azərbaycanın mədəni, ictimai və elmi sahələrdə əməkdaşlığını dərinləşdirmək üçün atılacaq addımlar müzakirə edildi. Təşkilat olaraq, bu istiqamətdə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə, əlaqələrin daha da möhkəmlənməsi üçün bütün imkanlarımızı səfərbər etməyə hazırıq.
Keçən il Özbəkistana rəsmi səfərimiz çərçivəsində “İbrat Farzandları” qeyri-hökumət təşkilatının rəhbəri Rustam Qoriyev ilə Rhim İB rəhbəri Arzu Bagirovanın görüşü baş tutdu. Görüş zamanı iki qardaş ölkə arasında əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və gənclərin inkişafına yönəlmiş təşəbbüslər barədə müzakirələr aparıldı.
Səfər çərçivəsində mühüm bir addım atılaraq, “İbrat Farzandları” QHT ilə RHİM İB arasında əməkdaşlığa dair memorandum imzalandı. Bu memorandum, iki təşkilat arasında mədəni, təhsil və ictimai sahələrdə birgə fəaliyyətin gücləndirilməsinə xidmət edəcək.
İnanırıq ki, bu əməkdaşlıq hər iki xalqın yaxınlaşmasına, ortaq dəyərlərin təşviqinə və yeni perspektivlərin açılmasına xidmət edəcəkdir. Mahfuza Artikova xanıma və “İbrat Farzandları” təşkilatına bu əməkdaşlığa verdikləri töhfəyə görə təşəkkür edir, gələcək fəaliyyətlərimizdə uğurlar arzulayırıq.
