Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin açılışı keçirilib.
Azərbaycan Şahmat Federasiyası, “Nəfəs” İctimai Birliyi və “Məmmədyarovlar” Şahmat Məktəbinin təşkilatçılığı ilə tanınmış ictimai-siyasi xadim, uzun illər Milli Məclisin üzvü olmuş Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.
Tədbirdə şahmat ictimaiyyətinin nümayəndələri, idmançılar, ictimai və siyasi xadimlər iştirak ediblər. Açılış mərasimində çıxış edənlər Qənirə Paşayevanın Azərbaycan mədəniyyəti, təhsili və ictimai-siyasi həyatı üçün gördüyü işlərdən danışaraq onun xatirəsinin daim yaşayacağını bildiriblər.
Tədbirdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədr müavini Nilufər Lətif də iştirak edib.
Turnirə müxtəlif ölkələrdən şahmatçılar qatılıb və yarış bir neçə gün davam edəcək.

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir