
Aprelin 3-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçirilib. Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, o cümlədən “Aprel şəhidləri”nin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə Prezident Administrasiyasının #QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və digər rəsmi şəxslər iştirak ediblər. Onlar çıxış edərək qrant müsabiqəsinin qaliblərini təbrik edib, layihələrin icrası ilə bağlı gözləntiləri diqqətə çatdırıb və QHT rəhbərlərinin suallarını cavablandırıblar.
Görüşdə ölkənin müxtəlif bölgələrindən gələn və müxtəlif sahələrdə fəaliyyət göstərən 400-ə yaxın QHT rəhbəri iştirak edib. Tədbirdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədr müavini Nilufər Lətif də iştirak edib.
Tədbir çərçivəsində QHT-lər üçün qrant layihələrinin icrasında qarşıya qoyulan hədəflər, hesabatlılıq və şəffaflıq məsələləri müzakirə olunub. QHT rəhbərləri öz təkliflərini səsləndirib və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Bu görüş QHT-lərin dövlət dəstəyi ilə daha effektiv fəaliyyət göstərməsinə və onların cəmiyyətə faydalı layihələr həyata keçirməsinə töhfə vermək məqsədi daşıyıb.



