25 dekabr 2024-cü ildə Aktauda baş vermiş təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyirik. Onların ailələrinə və yaxınlarına səbir, qalanlara isə sağlam və uzun ömür arzu edirik.
Regional Hüquqi İqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq, təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət etdik. Allahdan fəlakət nəticəsində dünyasını dəyişənlərə rəhmət, ailələrinə səbir, qalanlara isə sağlam və uzun ömür arzu edirik.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ekipaj üzvlərinə Milli Qəhrəman adının verilməsi, bizlər üçün böyük bir təsəlli və yaramıza məlhəm oldu. Onların şücaəti və fədakarlığı heç vaxt unudulmayacaq.
Cənab Prezident İlham Əliyevə sərgilədiyi məğrur duruşu və nümayiş etdirdiyi qorxmazlıqdan dolayı dərin minnətdarlığımızı bildiririk. Onun liderliyi və dövlətin birliyini qorumaq üçün göstərdiyi əzmkarlıq bizlərə güc və ilham verir.
Dövlətimizə və millətimizə xoş günlər arzu edirik. Bir daha belə qəzaların bizdən uzaq olmasını diləyir, xalqımıza sağlam və təhlükəsiz bir gələcək arzulayırıq.

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir