Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq qardaş Özbəkistanın “Ibrət Fərzəndləri” Rustam Qoriyev qeyri – hökumət təşkilatı ilə memorandum imzaladıq. Memoranduma əsasən ikitərəfli təhsil, elm, maarif, mədəniyyət sahəsində işbirliyini Azərbaycan və Özbəkistanın mövcud qanunvericiliyini, müvafiq sazişləri, anlaşmaları rəhbər tutaraq gələcəkdə daha da inkişaf etdirəcəyik.