Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq qardaş Türkiyənin İzmir şəhərində Karadeniz Konfederasiyasının İdarə Heyətinin sədri Hızır Murtezaoğlu ilə görüş keçirdik.
Görüş zamanı qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.Görüşün nəticəsi olaraq tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalandı.
İmzalanmış memorandum gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, maarifləndirici tədbirlərin təşkili və regional inkişafın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına, eləcə də ölkələrimiz arasında vətəndaş cəmiyyəti əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inanırıq.
Beynəlxalq əməkdaşlığa doğru atılan bu addım münasibətilə Karadeniz Konfederasiyasına təşəkkür edirik.

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir