
Bu gün Sumqayıt şəhəri Əli Kərim adına poeziya evində Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri, Arzu Bağırova, Türk Ədəbiyyat Vəqfinin “100 Doğum Yıl Dönümü Anısına” adlı medalı ilə təltif olunub. Bu yüksək qiymət, təşkilatımızın Türk-Azərbaycan mədəni əlaqələrinin inkişafına verdiyi töhfələrin dəyərli bir göstəricisidir.
Türk Ədəbiyyat Vəqfinin rəhbəri hörmətli Sərhat Kabaklıya, genel yayın yönetmeni İmdat Avşara xüsüsi təşəkkürümüzü bildiririk. Sizin diqqətiniz və dəstəyiniz bizə gələcək fəaliyyətlərimiz üçün böyük ruh və məsuliyyət verir. Qardaş xalqlarımız arasında ədəbi və mədənikörpülərin qurulmasında birgə əməkdaşlığımızın davamlı olacağına inanırıq.









