Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova bu gün xalqımızın xilaskarı, müasir dövlətimizin memarı, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar onun məzarını ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.Ulu Öndər Heydər Əliyev dövlətçilik ənənələrimizin dirçəlişində, milli ideologiyamızın formalaşmasında və müasir Azərbaycanın dünyada söz sahibi olmasında müstəsna xidmətlər göstərib. Onun həyat yolu hər bir azərbaycanlı üçün örnək, Vətənə xidmət nümunəsidir. Ulu Öndərin irsi bu gün də xalqımıza yol göstərən güclü ideoloji dayağımızdır. Onun müəyyənləşdirdiyi strateji inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz regionda və dünyada nüfuzunu daha da artırır.Biz Ulu Öndərin işıqlı ideyalarına sadiq qalaraq, cəmiyyətimizin inkişafı, maarifləndirmə istiqamətində fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik.
Ulu Öndərin əziz xatirəsi daim qəlbimizdə yaşayır.
Allah rəhmət eləsin.

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir