Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə Bakıda “AzərKitab” Kitab Təbliğat Mərkəzində “100 yaşlı Tovuz futbolu” kitabının təqdimat mərasimi keçirilib.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) növbəti ortaq mədəniyyət layihəsi kimi keçirilən tədbirdə millət vəkilləri, QHT, KİV təmsilçiləri, AFFA mənsubları, idmansevərlər, mütəxəssisləri, gənclər və başqaları iştirak edib. Bu, Azərbaycan futbolunda özü¬nəməxsus yeri, ənənələri olan Tovuz futbol təsərrüfatının dünəni, bugünü və gələcəyi ilə bağlı fikir mübadiləsi ilə də yadda qalan tədbir olub. Tədbirin aparıcısı, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı, ensiklopedik xüsusiyyətləri ilə seçilən kitabı gərgin əməyin, çoxillik araşdırmaların məhsulu olaraq qiymətləndirib.


ABAİB prezidenti, millət vəkili Qənirə Paşayeva bunları vurğulayıb: “Zəngin ənənələri olan Tovuz futbol məktəbi özünün yetirmələri, sadiq azarkeşləri və digər mə¬ziyyətləri ilə həmişə seçilib. Təsadüfi deyil, UEFA miqyasında müstəqil respublikamızı ilk dəfə “Turan” təmsil edib. “Turan” dəfələrlə respublika çempionatında qabaqcıl yerlər tutub, ilklərə imza atıb.Əlbəttə, obyektiv, subyektib səbəblərdən bu gün Tovuzun futbol komandası öz keçmiş şöhrətinə uyğun mövqelərdə deyil, lakin istər rayon rəhbərliyinin, istərsə də əlaqədar qurum və quruluşların, AFFA-nın dəstəyi ilə komandanın problemlərinin həllini tapacağına inanırıq. Heç şübhəsiz, keçmiş şöhrətin qaytarılması önəmli dərəcədə komandanın əzmkar futbolçularından, o cümlədən azarkeşlərdən də asılıdı.
Mən sevinc hissi ilə demək istərdim ki, AFFA-nın Futbol Akademiyası məhz Tovuzda açılacaq. Bu, həm rayon və bölgə üçün, həm də ümumən respublikamız üçün əlamətdar hadisədi. Belə bir Akademiyanın məhz Tovuzda yerləşməsi özünəməxsus ənənələri olan Tovuz futbol təsərrüfatına, Tovuzda futbolun gələcəyinə inamın, ümidin ifadəsi kimi də şərh oluna bilər, bölgələrin inkişafına töhfə kimi də.
Fürsətdən istifadə edib, artıq 100-dən artıq yaşı olan Tovuz futbolunun təməllərini atanlara, onu zamanında inkişaf etdirənlərə Tanrıdan rəhmət, bu gün də futbolla nəfəs alan, ona dəstək verənlərər isə möhkəm cansağlığı, iş avandlığı diləyirəm!”


Kitabın müəllifi Rasim Əliyev bu ensiklopedik nəşrin ideyası, ideyanın necə gerçəkləşməsi barədə ətraflı bilgi verərərk, Tovuz Xeyriyyə Cəmiyyətinin kitabın çapına verdiyi dəstəyi xüsusi vurğulayıb, həmçinin Tovuzda futbol təsərrüfatını canlandırmaqla bağlı fikirlərini bölüşüb.


Sonra Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov, millət vəkili Aydın Hüseynov, AFFA-nın mətbuat katibi Firuz Abdulla, əfsanəvi futbolçu Kazbek Tuayev, Vidadi Əhmədov, Yaşar Sultanov, Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, “Turan”ın sabiq futbolçusu, hazırda klubun icraçı direktoru Nadir Nəbiyev, Tovuz futbolunun yetirməsi Rasim Zeynalov, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov, təbrizli futbol azarkeşi, yazar Abbas Səhba, professorlar İradə Hüseynova, Nəsir Əhmədli, kitabın hazırlanmasında yaxından iştirak etmiş naşir Ramiz Hümmətov, “AzərKitab”ın qurucusu Sabir Həsənovçıxış edib. Belə bir ortaq fikir vurğulanıb ki, istər futbol, istərsə başqa bir idman növünün xüsusilə bölgələrdə populyarlıq qazanması, tərəfdarlar toplaması ümumi işin xeyrinə olub, gənclərin zərərli vərdişlərdən uzaq tutulması üçün daha əlverişli imkanlara meydan açır. Sonra müəllif oxucular üçün kitab imzalayıb, xatirə şəkilləri çəkilib.
“100 yaşlı Tovuz futbolu”nun Tovuzda da təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir