Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanmış klipin təqdimatı böyük maraqla qarşılanıb. RHİM sədri Arzu Bağırova bu klip dosta da düşmənə də önəmli məsajdır deyib və bütün Türk dünyasını Qarabağ probleminin həllində Azərbaycana daha da çox dəstək verməyə çağırb.
Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov klip barədə fikirlərini bölüşərək deyib: “Gördüyünüz kimi, klipdə işğal edilmiş yerlərimiz, tarixi abidələrimiz göstərilib. Bir sıra xalq və müəllif mahnıları səsləndirilib. Klip “Qarabağ şikəstəsi” ilə bitir. Burada Cocuq Mərcanlıdan Şuşaya gedən yol göstərilir. Yəni, klipdə yaşanmış ağrı, kədərimiz görsənsə də, seyriçiyə daha böyük ölçüdə ümid və haqqın nazilsə də, üzülməyəcəyinə inam aşılanır”. RHİM sədri Arzu Bağırova qeyd edib ki, bu cür layihələr iki ölkə arasındakı birliyin möhkəmlənməsinə xidmət edir: “Buna bir musiqi layihəsi kimi baxmaq olmaz. Klipdə Özbəkistanın tanınmış sənətçiləri, istedadlı gəncləri yer alıb. Onlar Qarabağ üçün oxuyurlar. Özü də çox ürəklə, içdən oxuyurlar. İndi hamımız qəribə duyğular keçiririk… Sanki bir anlığa Qarabağa getdik. Özbək gənclərinə, sənətçilərinə, əlbəttə, Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzimizə könül dolusu təşəkkür edirik! Hamımız türk dünyasında belə layihələrin həyata keçirilməsinə çalışmalıyıq. Biz bir müddət öncə Özbəkistanda olduq, çox önəmli tədbirlərdə iştirak etdik deyən millət vəkili Q.Paşayeva qardaş Özbəkistanından öz vətənlərinə gələn ziyalılarımızı salamlayıram deyərək sözlərinə başlayıb. Mən bayaq da deim, klipə tamaşa edərkən qəribə duyğular keçirdik. Bəli, buna yalnız bir musiqi layihəsi kimi baxmınq. Burada medianın dəyərli simaları var, təklifim odur ki, bu layihəni daha geniş ərazilərə yayaq. Qoy, düşmənlər görsün ki, təkcə biz deyil, bütün türk dünyası Qarabağ deyir. Araşdırmaçı qardaşımız Şöhrət Barlas burdadır, o, vaxtı ilə Özbəkistanda törədilən qətliamlardan yazırdı, indi də yazır. Onun Qarabağ üçün gördüyü işlər misilsizdir. Bir daha Şöhrət qardaşımıza da, Azərbaycanı, türk dünyasını düşünən bütün özbək qardaş-bacılarımıza təşəkkürümüzü yetiririk!
Tədbirdə çıxış edən Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı vurğulayıb ki, “yaddaqalan günlər yaşayırıq – ən yeni dönəm qardaşlıq tarixini həm yaradırıq, həm də yazırıq. Məsələn, bayaqki klipə baxanda bəlli oldu ki, özbək sənətçiləri bizim qəlbimizdəki kədəri və gələcəyə sarsılmaz inamımızı görə və bunu sənət dili ilə verə biliblər. Biz Qarabağa mütləq qayıdacağıq və o gün özbəklərin də, bütün türk dünyasının da bayramı olacaq!’istiqamətində ailələrlə bərabər, məktəb və bütün cəmiyyətin üzərinə böyük vəzifələr düşür”-deyən Arzu Bağırova geniş maarifləndirmənin önəmini xüsusi vurğulayıb.
Millət vəkili Q.Paşayeva gəncləri Azərbaycan həqiqətlərinin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağınb. O, gənclərimizi sosial səbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kampaniyalarına qarşı mübarizəyə sərf etməyə çağınb. Millət vəkili Q.Paşayeva bildirib ki, bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz. O, ölkəmizin daha da inkişafi istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə geniş danışıb. Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir. Millət vəkili Rəşad Mahmudov da geniş çıxış edərək gənclərə bir sıra tövsiyyələrini verib. Daha sonra maraq doğuran suallar cavablandınlıb və geniş fikir mübadiləsi apanlıb. Liseyin Azərbaycanın ən yaxşı təhsil ocaqlarından biri olmasında fədakar müəllimlərin əməyi xüsusi vurğulanıb.
Tədbirin sonunda gənclərə, müəllimlərə və məktəb kitabxanasına RHİM tərəfindən bir sıra kitablar və hədiyyələr təqdim olunub.