Azərbaycan Yazıçılar Birliyi-nin Natəvan klubunda dəyərli şairə Aysel Xanlarqızı Səfərli-nin “KAĞIZ TƏYYARƏLƏR” adlı kitabının imza təqdimatı keçirildi. Bu tədbir, şairənin yaradıcılığını sevən və onun poeziyasına dəyər verən oxucular üçün əlamətdar bir an oldu. Kitab, şairənin poetik dünyasının müxtəlif rənglərini və həyat təcrübələrini əks etdirən əsərlərlə zəngindir. Təqdimat zamanı həmçinin şairə öz əsərlərini imzalayaraq oxucuları ilə daha da yaxınlaşdı. Tədbirdə RHİM İB -nin üzvləri də iştirak edib.