
Dünən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda dəyərli şairimiz Nigar Həsənzadənin “Mənim Tanrım” adlı poeziya gecəsində iştirak etdik. Tədbirə dəvət alan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq bu poetik axşamdan böyük zövq aldıq.
Poeziyanın ruhumuzu necə oxşadığını bir daha hiss etdik. İncə duyğularla yoğrulmuş şeirlər, musiqi və tarix qoxuyan məkanda bənzərsiz bir ab-hava yaratdı.
Şeir sənətinə olan marağımız daha da dərinləşdi. Belə tədbirlər milli-mənəvi dəyərlərimizin qorunmasında və incəsənətin təbliğində mühüm rol oynayır.
Təşkilatçılara və dəyərli şairimizə bu gözəl poeziya axşamı üçün təşəkkür edirik!






