Regional hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivinə xüsusilə də Agentliyin rəhbəri Aygun Aliyeva xanıma dərin minnətdarlığımızı bildiririk. Həqiqətən bu çox uğurlu bir mübadilə proqramı idi. Sevindirici haldır ki, dövlətimiz QHT-lərin fəaliyyəti üçün əlindən gələn heç bir işi əsigəmir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyul 2007-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi və həmin ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ölkəmizdə QHT sektorunun yeni inkişaf mərhələsinin əsasını qoydu. Belə ki, dövlət başçısının qəbul etdiyi bu mühüm və tarixi qərarlardan sonra QHT-lərin ictimai əhəmiyyətli təşəbbüslərini dəstəkləmək üçün ilk dəfə dövlət büdcəsindən maliyyə ayrıldı, QHT-hökumət münasibətləri yeni müstəviyə keçdi və vətəndaş cəmiyyətinin güclənməsi naminə ictimai sektorun bütün potensialının səfərbər olunmasına start verildi.
Belə tədbirlərin keçirilməsi Vətəndaş cəmiyyətinin inkişafına böyük töhfələr bəxş edir. Gələcəkdə də bu kimi tədbirlərin davamlı olmasını arzulayırıq.