Tanınmış tərcüməçi, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynlinin “Tərcümə təcrübələri” adlı kitabı çapdan çıxıb. “1-ci kitab: dünya ədəbiyyatından hekayələr, esselər və söhbətlər” kimi təqdim olunan, 424 səhifəlik bu nəşrdə S.Hüseynlinin anadilimizə çevirdiyi ədəbi mətnlərin bir qismi yer alıb.
Bu kitabda S.Hüseynlinin dünyaca məşhur yazarlardan tərcümə etdiyi hekayələr, esselər və söhbətlər toplanıb, həmçinin onun tərcümə fəaliyyətinin zəngin təcrübələri və ədəbiyyat anlayışı da diqqətə çatdırılır. Kitab, yalnız dil biliklərini inkişaf etdirmək istəyənlər üçün deyil, həm də dünya ədəbiyyatını dərindən tanımaq istəyən oxucular üçün dəyərli bir qaynaqdır.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova da Seyfəddin Hüseynlinin “Tərcümə təcrübələri, Dünya ədəbiyyatından hekayələr, esselər, söhbətlər” kitabının nəşrini maraqla gözləyirdi və nəhayət, imzalı kitabı əldə edib. Düşünürük kitabsevərlər üçün bu kitab, dünya ədəbiyyatını daha dərindən anlamaq baxımından dəyərli bir mənbə olacaqdır.