Əziz dostlar hər birinizi salamlayıram!
Bilirəm ki, belə videolar sosial şəbəkələrdə qarşınıza tez-tez çıxır. Amma acizanə xahişim məni də sona qədər dinləyin və izləyin!
Bu gün bütövlükdə dünyanın və insanlığın bəlkə də ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Nə gözəl ki, həm tariximizə nəzər saldıqda, həm də bu günümüzə boylandıqda çox mərhəmətli və xeyirxah insanlarımız olduğunun şahidi oluruq. Onu da bilirəm ki, insanlarımız əl tutmaqda, kömək etməkdə, xeyirxahlıq göstərməkdə hər zaman ürəklidir, yardımseverdir!
Çox sevindirici haldır ki, günümüzdə xeyirxahlıq, mərhəmət,şəfqət və ümid kimi anlayışları həyat fəlsəfəsinə çevirən bir örnəyimiz var. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin əsasında insanlara yardım etmək istəyi ən öndə dayanır.
Biz də Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və Gözəl Yaşam Mərkəzi olaraq bir ananın çarəsiz fəryadına səs vermək qərarına gəldik.
Amma tək əldən səs çıxmaz deyib atalarımız !
Əziz dostlar gəlin birlik bərabərlik göstərib bir anaya və ataya sevinc bəxş edək. Amansız xəstəliklə çarpışan balasına dəstək olaq!
Masallı rayonu Xırmandalı kənd sakini Vaqif Qadir oğlu Qasımovun 12 yaşı var, aplastik anemiya xəstəliyindən əziyyət çəkir. Əməliyyatı və müalicəsi qardaş ölkə Türkiyə də davam edəcək.
Mən burdan üzümü ilk olaraq Masallımızın xeyirxah insanlarına tuturam. Bilirəm ki, belə insanların sayı həddən artıq çoxdur. İnanıram ki, biz birlik göstərib Vaqif balamızı amansız xəstəliyə təslim etməyəcəyik! Vaqifin əməliyyatına lazım olan 83000 dollar vesaitin bir qismi xeyirxah insanlarımız tərəfindən qarşılanıb. Ailənin 16000 dollara ehtiyacı var!
Yaradanın sevdiyi ən gözəl insani keyfiyyətlərdən biridir-kömək olmaq! Dinimiz sülh və xeyirxahlıq dinidir. Dostlar paylaşaq, dəstək olaq, kömək olaq! Vaqif balamızı bu amansız xəstəliyin əlindən alaq!

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir