![](https://rhim.az/wp-content/uploads/2025/01/WhatsApp-Image-2025-01-22-at-15.03.21_c142ef28.jpg)
Əməkdar jurnalist, yazıçı-publisist və pedaqogika üzrə fəlsəfə doktoru, hörmətli Zemfira Məhərrəmlinin həm Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin, həm də Gözəl Yaşam Mərkəzinin qonağı olması bizi sevindirdi.
Xüsusilə qeyd etmək istərdik ki, Zemfira xanımın “Qarabağ müharibəsi: zərif talelər” adlı dəyərli əsəri məhz Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə nəşr olunmuşdur. Bu kitab, Qarabağ müharibəsinin acı həqiqətlərini və onun zərif talelərə vurduğu izləri dərin həssaslıqla oxucuya çatdırır. Zemfira xanım bu əsəri ilə tariximizin unudulmaz səhifələrinə bir daha işıq salmış və hər birimizi düşünməyə, keçmişimizi daha yaxşı anlamaya dəvət etmişdir.
Zemfira xanım bizə çox dəyərli hədiyyə – öz yeni, nəfis kitabını təqdim etdi.Bu qiymətli hədiyyə bizim üçün əvəzolunmaz bir xəzinədir və uzun müddət yaddaşımızda qalacaq.Biz ona dərin minnətdarlığımızı bildiririk və bundan sonra da onu təşkilatımızda və mərkəzimizdə görmək arzusundayıq.
![](https://rhim.az/wp-content/uploads/2025/01/WhatsApp-Image-2025-01-22-at-15.03.20_d6849893-1-768x1024.jpg)
![](https://rhim.az/wp-content/uploads/2025/01/WhatsApp-Image-2025-01-22-at-15.03.20_fff12c51-1024x768.jpg)