Vətən müharibəsinin ilk günlərində cəbhəyə bərabər yollanan, çiyin-çiyinə döyüşən, eyni gündə, eyni saatda qəhrəmancasına şəhid olan 22 yaşlı İman və 20 yaşlı Bəhram Məmmədzadə qardaşları adlarını Azərbaycanın döyüş tarixinə şərəflə yazdırdılar.
Dünən Elman dayını və Hicran xalanı ziyarət etdik. Qəhrəman şəhidlərimizin bacısı Aidə Məmmədzadə Bakı Ali Neft Məktəbinə qəbul olub .Onların sevincinə şərik olub,şəhidlərimizi qürurla yad etdik.
Ali baş komandanımızın rəhbərliyi ilə, qəhrəman şəhidlərimizin şücaəti ilə,qazandığımız Zəfərdən sonra şəhidlərimizin ruhu şaddır. Aida qızımızıın tələbə adını təbrik edib,gələcək təhsilində uğurlar arzulayıb, xatirə fotosu çəkdirdik.
Hicran xalanın sözləri qulağımdan getmir-Mən Allahımı çox sevirəm. Daha çox da mənə bəxş etdiyi şəhid anası adını sevirəm.
Həm allahım adına , həm şəhidlərin uca mərtəbəsi adına layiq olmağa çalışıram.