
Türkiyə Cümhuriyyətinin Azərbaycana yeni təyin olunmuş səfiri T.C. Bakü Büyükelçiliği/Türkiyənin Azərbaycandakı Səfirliyi cənab Prof. Dr. Birol Akgün İstiqlal Marşının yaranmasının 104-cü ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib. Tədbir çərçivəsində Regional Hüquqi və İqtisadi Maarifləndirmə (RHİM) İctimai Birliyinin sədri Arzu Bağırova cənab səfirlə görüşərək, təşkilatın türk dünyasının güclənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlər barədə fikir mübadiləsi aparıb.
Görüş zamanı qardaş ölkələrimiz arasında möhkəmlənən dostluq və əməkdaşlıq əlaqələrinin önəmi vurğulanıb, birgə layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib. RHİM İB olaraq, cənab səfir Prof. Dr. Birol AKGÜN Azərbaycandakı diplomatik missiyasında uğurlar arzulayır, onun fəaliyyətinin iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inanırıq.
