“Əsirlikdə 8 Gün” filminin təqdimatında iştirak etdik!

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində “Əsirkikdə 8 gün” sənədli filminin təqdimatında iştirak etdik. Film, Xocalı sakini, mərhum Dürdanə Ağayevaya həsr olunub və faciə zamanı yaşanan dəhşətləri onun xatirələri əsasında canlandırır, 1992-ci ilin fevral ayında Xocalıda baş verən dəhşətli hadisələri, sağ qalanların xatirələrini və faciənin bəşəriyyət üçün acı nəticələrini əks etdirir.

Filmin ərsəyə gəlməsində əməyi keçən Bele bele ishler komandasına və xüsusilə Sabina Malikova dərin təşəkkürümüzü bildiririk. Filmdə Xocalı faciəsi ilə bağlı mühüm tarixi faktlar sənədli film şəklində geniş ictimaiyyətə təqdim olundu.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, belə bir faciənin bir daha təkrarlanmamasını arzulayırıq.

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir