Qardaş Türkiyədən olan bir qrup şəhid ailəsi Azərbaycana səfərə gəlib. – “Kırşəhir Şəhid Ailələri“ İctimai Birliyinin rəhbərliyi və fəallarının ölkəmizə bu ilk səfər proqramı “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin Rhim Ib dəstəyi ilə gerçəkləşir.
Qardaş ölkənin əziz şəhid ailələri, ictimai fəalları ilə səfərin ilk günü görüşən RHİMİB sədri Arzu Bagirova onları “bir vətəninizdən o biri vətəninizə xoş gəlmisiniz” sözləri ilə qarşılayıb. Qardaş ölkələrimizin şəhidləri kimi onların ailələrinin də hər birimizçün əziz olduğunu vurğulayan RHİMİB sədri, uyğunprofilli qurum və quruluşlar arasında əməkdaşlığın ümumi işimizə faydalı olduğunu vurğulayıb.

Qeyd edək ki, qardaş ölkənin əziz şəhid ailələri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edib, şəhərimizin tarixi-mədəni abidələri ilə tanış olublar.

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir