Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Ötən gün Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Akademik Zərifə Əliyeva adına Liseydə keçirilən tədbirdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB və Gözəl Yaşam Mərkəzinin birgə dəstəyilə nəşr olunan Azərbaycan Respublikası Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Azərbaycan Qadınları” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbir zamanı Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova çıxışında Azərbaycan xalqının Ulu öndərin dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi müasir dünya tarixində silinməz iz qoyduğunu bildirib. Eləcə də Akademik Zərifə Əliyevanın dünya oftalmologiya elmi qarşısında xidmətlərindən, zəngin irsi və tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan danışıb.