287 nömrəli “Zəkalar” liseyində Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin dəstəyi ilə “Uşaqların vətənpərvərlik ruhunda böyüməsində aydınların rolu” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən liseyin direktoru Aygün Əhmədli Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, millət vəkili Q.Paşayeva çıxışlar edərək uşaqlarımızın, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin önəmindən danışıblar və şagirdlərə əhəmiyyətli məsləhətlər veriblər. Millət vəkili Q.Paşayeva  şagirdlərin maraqlı proqram əsasında tərtib olunmuş çıxışlarına görə uşaqları, bu işdə onlara dəstək olan müəllimləri və tədbirin təşkilatçıları olan 287 nömrəli  “Zəkalar” liseyinin rəhbərliyi və kollektivini, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-ni təbrik edib. Millət vəkili Qənirə Paşayeva bir orta məktəbdə belə bir maraqlı proqramın gerçəkləşdirilməsindən məmnunluğunu ifadə etdi. Gəncləri oxumağa, öyrənməyə, savadlı olmağa, fundamental fənlərlə yanaşı, tarixi dərindən öyrənməyə, vətənpərvər olmağa, zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Xanım millət vəkili orta məktəbin ən əsas vəzifəsinin vətəndaş yetişdirmək olduğunu deyərək, şagirdlərin bütün əldə etdiklərinin onların geniş dünyagörüşünə yiyələnmələri, başqa ölkələrdən olan həmyaşıdları ilə qarşılaşdıqda, gələcəkdə önəmli mövqelərə çıxdıqda hazırlıqlı olmağa hesablandığını qeyd etdi. Bu deyilənləri şüurlu və peşəkar vətəndaşlıq təliminin orta məktəbdən formalaşan addımları kimi xarakterizə edən Q. Paşayeva özünəməxsus nəticələri olan 287 saylı “Zəkalar” liseyinin gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə etdi. Q. Paşayeva məktəbdə tariximizin öyrənilməsi istiqamətində həyata keçirilən işlərin önəmini xüsusi vurğulayıb. Tədbirin sonunda təhsildə fərqlənən şagirdlərin hər birinə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin kitablar hədiyyəsi və məktəbli üçün gərəkli bir sıra hədiyyələri təqdim olunub. Kitabın ən dəyərli hədiyyə olduğu vurğulanıb və şagirdlərdə mütaliə bacarığının formalaşdırılmasında mütaliənin rolu xüsusi qeyd edilərək uşaqlara tariximizə aid hədiyyə edilmiş kitabları dərindən oxumaq çağırışı edilib.

Tədbirin sonunda millət vəkili Q.Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova müəllimlərlə də geniş söhbət ediblər. Liseyin direktoru Aygün Əhmədli millət vəkili Qənirə Paşayevaya liseyin fəaliyyəti, bu gün ölkəmizin qabaqcıl təhsil ocaqlarından biri olması,  təhsil ocağının daha da inkişafı istiqamətində görülən tədbirlər və şagirdlərin əldə etdiyi uğurlar barədə geniş məlumatlar verib.

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir