Təşkilat rəhbəri Arzu Bağırova uşaqlarımızı tariximizi yaxşı öyrənməyə çağınb, onlara kitablar hədiyyə edib.

Binəqədi rayonu 283 nömrəli tam orta məktəbdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin dəstəyi ilə “Milli dirçəlisdən qüdrətli dövlətçiliyə” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, millət vəkili Q.Pasayeva XX əsrin 80- ci illərin sonunda Azərbaycan xalqının milli-siyasi oyanışı, siyasi proseslərdə fəal iştirakının 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata, milli azadlıq hərəkatına çevrilməsindən, Vətənimizin qazandığı istiqlaliyyət yolundan danışaraq şagirdlərə vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində öz tövsiyələrini bildirərək geniş və məzmunlu çıxışlar ediblər.

Millət vəkili Q.Paşayeva tədbirdə geniş çıxış edərək şagirdlərin maraqlı proqram əsasında tərtib olunmuş çıxışlarına uşaqları, bu işdə onlara dəstək olan müəllimləri və tədbirin təşkilatçılan olan 283 nömrəli məktəbin rəhbərliyi və kollektivini, Regional Hüquqi və İqtisadi Maarifləndirmə iB-ni təbrik edib. Millət vəkili Qənirə Paşayeva bir orta məktəbdə belə bir maraqlı proqramın gerçəkləşdirilməsindən məmnunluğunu ifadə etdi. Gəncləri oxumağa, öyrənməyə, savadlı olmağa, fundamental fənlərlə yanaşı, tarixi dərindən öyrənməyə, vətənpərvər olmağa, zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Xanım millət vəkili orta məktəbin ən əsas vəzifəsinin vətəndaş yetişdirmək olduğunu deyərək, şagirdlərin bütün əldə etdiklərinin onların geniş dünyagörüşünə yiyələnmələri, başqa ölkələrdən olan həmyaşıdları ilə qarşılaşdıqda, gələcəkdə önəmli mövqelərə çıxdıqda hazırlıqlı olmağa hesablandığını qeyd etdi. Bu deyilənləri şüurlu və peşəkar vətəndaşlıq təliminin orta məktəbdən formalaşan addımları kimi xarakterizə edən Q. Paşayeva özünəməxsus nəticələri olan 283 saylı məktəbin gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə etdi. Q. Paşayeva məktəbdə tariximizin öyrənilməsi istiqamətində həyata keçirilən işlərin önəmini xüsusi vurğulayıb. Tədbirin sonunda 100 nəfərə yaxın təhsildə fərqlənən şagirdlərin hər birinə Regional Hüquqi və iqtisadi Maarifləndirmə iB-nin kitablar hədiyyəsi və məktəbli üçün gərəkli bir sıra hədiyyələri təqdim olunub. Kitabın ən dəyərli hədiyyə olduğu vurğulanıb və şagirdlərdə mütaliə bacanğının formalaşdınlmasında mütaliənin rolu xüsusi geyd edilərək uşaqlara tariximizə aid hədiyyə edilmiş kitablar dərindən oxumaq çağırışı edilib.

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir