Qardaş Türkiyədən olan bir qrup şəhid ailəsi Azərbaycana səfərə gəlib. – “Kırşəhir Şəhid Ailələri“ İctimai Birliyinin rəhbərliyi və fəallarının ölkəmizə bu ilk səfər proqramı “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB-nin) dəstəyi ilə gerçəkləşir.
Qardaş ölkənin əziz şəhid ailələri, ictimai fəalları ilə səfərin ilk günü görüşən RHİMİB sədri Arzu Bağırova onları “bir vətəninizdən o biri vətəninizə xoş gəlmisiniz” sözləri ilə qarşılayıb. Qardaş ölkələrimizin şəhidləri kimi onların ailələrinin də hər birimizçün əziz olduğunu vurğulayan RHİMİB sədri, uyğunprofilli qurum və quruluşlar arasında əməkdaşlığın ümumi işimizə faydalı olduğunu vurğulayıb.
Daha sonra Türkiyənin Azərbaycandakı səfiri T.C. Bakü Büyükelçiliği/Türkiyənin Azərbaycandakı Səfirliyi sayın Cahit Bağcı şəhid ailələri və RHIMIB sədri Arzu Bağırovanı səfirlikdə qəbul edib.

“Kırşəhir Şəhid Ailələri“ İctimai Birliyinin səfəri zəngin proqramla müşahidə olunur; o cümlədən mayın 16-da (19.00) “NİZAMİ” Kino Mərkəzində şəhid ailələrinin şərəfinə ədəbi-bədii gecə təşkil ediləcək

Would you like to share your thoughts?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir